Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Media / 2020-ci ildə dünyada 80-dən çox media işçisi öldürülüb

2020-ci ildə dünyada 80-dən çox media işçisi öldürülüb

2020-ci ilin əvvəlindən bəri dünyanın 30 ölkəsində 83 media işçisi öldürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin qeyri-hökumət təşkilatı olan “Press Emblem Campaign”in (PEC) Cenevrədə yayımlanan illik hesabatında deyilir.

Hesabatda vurğulanıb ki, ən çox Hindistanda KİV əməkdaşının öldürülməsi faktı qeydə alınıb – 13 nəfər. Meksikada isə 11 jurnalist öldürülüb. Mətbuat üçün ən təhlükəli ölkələr arasında təşkilat həmçinin Pakistanı (8 nəfər), Əfqanıstanı (5), İraqı (5), Filippini (4) və Hondurası (4), Venesuelanı (3), Nigeriyanı (3), Suriyanı (3), Braziliyanı (2), Qvatemalanı (2), Liberiyanı (2) və Somalini (2) fərqləndirib. Daha 16 ölkədə isə 1 media işçisi öldürülüb.

PEC-nin məlumatına görə, ötən il 75, son 10 ildə isə 1 180 jurnalist öldürülüb. Bundan əlavə, 2020-ci ilin martından bəri 520-dən çox mətbuat işçisi koronavirusa yoluxma səbəbindən ölüb.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …