Ana səhifə / Media / 2018- ci ildə diqqətçəkən fotojurnalistika nümunələri

2018- ci ildə diqqətçəkən fotojurnalistika nümunələri

BBC Xəbərlər xidməti komandası 2018-ci ildə fotojurnalistikanın ən cəlbedici foto şəkillərini seçib sizə təqdim edir.

qadının üzünə bibər qazı püsgürdüləndəFotonun müəllifiYVES HERMAN / REUTERS
Image captionDekabr ayında Brüsseldə “sarı jiletlilərin” yüksək yanacaq qiymətlərinə etirazı zamanı polis məmuru tərəfindən gözünə bibər qazı püsgürdülən qadın. Reuters-in fotoqrafı qadın haqqında deyib ki, “Gənc bir kişi saxlanılan zaman həmin qadın qaçaraq polis sırasının qarşısına gəlib və onun heç bir səhv etmədiyini bildiridb. Hətta o sarı jilet belə geyməyibmiş”
Presentational white space
Tayfun nəticəsində ziyan çəkən bir binanın sınıq penceresində dayanan kişiFotonun müəllifiLAM YİK FEİ / GETTY IMAGES
Image captionSentyabr ayında Honq Konqda tayfundan ziyan görmüş bina. Tayfun zamanı şiddəti saatda 200 km/s olan küləklər qeydə alınıb. Tayfun Çinin cənubuna gəlib çatmazdan əvvəl Filippində onlarla adamın ölümünə səbəb olub
Presentational white space
Püsgerən və axan lavanın aerofoto görüntüsüFotonun müəllifiTERRAY SYLVESTER / REUTERS
Image captionHawaii-də may ayında püskürən Kilauea vulkanından lava axarkən. Vulkan krateri gecə açılıb və lava püsgürən zaman onun hündürlüyü 70 metrə çatıb
Presentational white space
İştirakçılardan biri makyaj olunurkənFotonun müəllifiYASUYOSHİ CHİBA / AFP
Image captionKenyanın Bəy və Xanım Albinism gözəllik yarışmasının gənc iştirakçısı məkiyaj edərkən. Kenya Albinizm dərnəyi üzvlərinin tez-tez ayrıseçkiliklə üzləşdikləri və zorakılıqla mübarizə çərçivəsində noyabrda paytaxt Nairobidə tədbir keçirib
Presentational white space
Çin fənərlərinin havaya buraxılmasıFotonun müəllifiBİLLY H.C. KWOK / GETTY IMAGES
Image captionMart ayında Tayvanda illik Çin fənəri festivalı zamanı turistlər minlərlə Çin fənərini səmaya buraxıb. Mərasim hər il günəş təqvimi üzrə yeni ilin son günü keçirilir
Presentational white space
Böyük buz parçası üzərində futbol oynayan insanlarFotonun müəllifiMARİUS VAGENES VİLLANGER / AFP
Image captionNorveçin KV Svalbard gözətçi gəmisinin heyəti mart ayında Qrenlandiya ətrafındakı dənizdəki buz parçası üzərində futbol oynayar. İki silahlı mühafizəçi isə ağ ayıların hücumu ehtimalına görə keşik çəkir
Presentational white space
Salah Qaşıqçı Səudiyyə varis şahzadəsi Mohammed bin Salman-ın əlini sıxır.Fotonun müəllifiAFP
Image captionSalah Qaşıqçı (solda), qətlə yetirilən jurnalist Camal Qaşıqçının böyük oğlu Səudiyyə varis şahzadəsi Mohammed bin Salman-la oktyabr ayında görüşüb. Salah Riyada şahzadə Salmanın baş sağlıqlarını qəbul etmək üçün dəvət olunub. Birləşmiş Ştatlar Senatı jurnalistin qətlinə görə Səudiyyə şahzadəsini günahlandırıb, ancaq rəsmlər kral ailəsinin qətldə iştirakını təkzib edib
Presentational white space
Aerial view of a road and fire-destroyed homesFotonun müəllifiJUSTİN SULLİVAN / GETTY IMAGES
Image captionKaliforniyanın Paradise yaşayış məntəqəsinin aerofotosu. Noyabrda baş verən şiddətli yanğın zamanı ətraf mühit yanıb, minlərlə ev dağılıb və 80-dən çox adam ölüb.
Presentational white space
ana kəskin qida çatışmazlığından əziyyət çəkən oğlu ilə tərəzinin üzərində dayanıb.Fotonun müəllifiAFP
Image captionYəmənli ana Nadia Naharinin beş yaşlı oğlu Abdelrahman Manhash uzun müddətdir aclıq çəkib və 5 kiloqram çəkisi qalıb. O, Khokha əyalətində müalicə xəstəxanasında tərəzinin üzərində dayanıb
Presentational white space
World leaders talk around a table at the G7 summitFotonun müəllifiJESCO DENZEL / BUNDESREGİERUNG / GETTY IMAGES
Image captionBu görüntü 2018-ci ilin iyun ayında Kanadanın Şarlevua şəhərində keçirilən G7 sammiti vaxtı Almaniya kansleri Angela Merkellə ABŞ prezidenti Donald Trump arasında fikir mübadiləsi anlarını əks etdirir
Presentational white space
A boy tends to a cowFotonun müəllifiSTEFANIE GLINSKI / AFP
Image captionSudanın cənubundakı Mingaman bölgəsində Dinka tayfasına mənsub oğlan əlini inəyin belinə çəkir. Quraqlıq mövsümündə iribuynuzlu mal-qara sürüsü qışlaqlardan aşağı salınaraq Nil çayı yaxınlığındakı düşərgələrə ötürülür
Presentational white space
Harvey WeinsteinFotonun müəllifiSHANNON STAPLETON / REUTERS
Image captionHollywood prodüseri Harvey Weinstein New Yorkda polisə təslim olur. O, cinsi zorlama və təcavüzlə bağlı ittihamları qəbul etmir
Presentational white space
A man washes plastic bags next to a canalFotonun müəllifiALLİSON JOYCE / GETTY IMAGES
Image captionBu kişi Banqladeş paytaxtı Dəkkəyə aparan su kanalında kimyəvi emal olunan plastik torbaları yuyur. 2002-ci ildə Banqladeş drenaj sisteminin tutulması nəticəsində dəhşətli daşqınlara səbəb olan nazik plastik torbaları qadağan etmiş ilk ölkə oldu
Presentational white space
Stormy Daniels is seen through a lawyer with her lawyerFotonun müəllifiYANA PASKOVA / GETTY IMAGES
Image captionBöyüklər üçün filmlərdə çəkilən aktrisa Stormy Daniels (Stephanie Clifford) öz hüquqşünası Michael Avenatti ilə (solda ) prezident Donald Trump-ın sabiq şəxsi vəkili Michael Cohen-in işi üzrə New York şəhərinin dairə məhkəməsində keçirilən prosesə gəlir. Keçmişdə aktrisa ilə prezident arasında baş verənləri sirr saxlamaq üçün xanım Daniels-ə 130 min dollar həcmində ödəniş etməkdə təqsirkar olaraq tanınan cənab Cohen həbs cəzası alıb
Presentational white space
An aerial view onto collapsed buildingsFotonun müəllifiMUHAMMAD RIFKI / GETTY IMAGES
Image captionİndoneziyada helikopter dağıdıcı zəlzələ və sunamiyə məruz qalan Palu bölgəsində havadan dezinfeksiya aparır. Sentyabr ayında baş verən təbii fəlakət 380 nəfərin ölümünə bais olmuşdu
Presentational white space
A shaman runs through fireFotonun müəllifiKEVİN FRAYER / GETTY IMAGES
Image captionMonqolustanın Ulanbator şəhərində şaman yay ruhlarını çağıracaq gündönümü mərasiminə qatılır. Şamanizm 70 il ərzində hökm sürən Kommunist rejimi tərəfindən qadağan olunmuşdu. Lakin 1992-ci ildə onun qorunmasını təsbit edən yeni Konstitusiyanın qəbul edilməsilə qədim dini ənənə yenidən canlanmağa başlayıb
Presentational white space
A girl poses for a photo with a colourful fabric backgroundFotonun müəllifiCLODAGH KİLCOYNE / REUTERS
Image captionBanqladeşin Koks bazar düşərgəsində yanaqlarına Myanma bölgəsinə aid ənənəvi sarı “tanaka” nişanələrini çəkən qız. 2017-ci ilin avqust ayından bəri təqiblərə məruz qalan 700 mindən artıq Rohinca müsəlmanı Myanmadakı evlərini tərk etməyə məcbur olaraq qonşu Banqladeşə qaçmalı olub
Presentational white space
Presentational white space
Mark Zuckerberg sits in front of photographersFotonun müəllifiJIM WATSON / AFP
Image captionFacebook-un icraçı direktoru Mark Zuckerberg ABŞ Senatının Kommersiya, Elm, Nəqliyyat və Ədliyyə komitələri qarşısında ifadə verir. Cənab Zuckerberg ABŞ prezident seçkiləri vaxtı rusiyalı trolların yaydığı dezinformasiyaya öz şirkətinin ləng reaksiyasını ən çox təəssüf doğuran amillərdən biri kimi dəyərləndirib
Presentational white space
Moskvanın Lujniki stadionunda futbol üzrə Dünya Çempionatının finalında Fransa prezidenti Emmanuel Macron Xorvatiya millisi üzərində qələbəni havaya yumruq atmaqla qarşılayır.Fotonun müəllifiALEXEY NIKOLSKY / AFP
Image captionMoskvanın Lujniki stadionunda futbol üzrə Dünya Çempionatının finalında Fransa prezidenti Emmanuel Macron Xorvatiya millisi üzərində qələbəni havaya yumruq atmaqla qarşılayır
Presentational white space
A man argues with a soldierFotonun müəllifiMOHAMAD TOROKMAN / REUTERS
Image captionFələstinli kişi zəbt olunmuş Qərb Sahilində orta məktəbin bağlanılması barədə qərara etiraz edir

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …