Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / 2015-ci ilin passiv yaradıcı təşkilatları – SİYAHI

2015-ci ilin passiv yaradıcı təşkilatları – SİYAHI

2015-ci il Azərbaycan mədəni həyatında o qədər də diqqəti cəlb edən, ciddi hadisə sayılan faktlarla yadda qalmadı. Ayrı-ayrı sahələrdə müəyyən uğurları qeyd etmək olar. Lakin Azərbaycanın mədəni imicinin yüksəlməsi baxımından bunlar o qədər də yetərli sayılmamalıdır. Bir sıra yaradıcı qurumların da fəaliyyəti də yola saldığımız il ərzində passivliyi ilə yada qaldı.

Modern.az həmin qurumlardakı passivliyin detallarını sadalamağa çalışıb.

Azərbaycan  Rəssamlar İttifaqı – öncə ondan başlayaq ki, ittifaqın rəsmi ressam.az saytında yola saldığımız 2015-ci il ərzində heç bir məlumat yerləşdirilməyib.

Sayt il ərzində bircə dəfə də olsun yenilənməyib. İl ərzində heç bir mətbuat konfransı keçirməyən Rəssamlar İttifaqına aid məlumatlara da kütləvi informasiya vasitələrində çox rast gəlinməyib. Rəsmi dövlət agentliyi “AzərTAc” vasitəsilə yayılan informasiyalarda isə yalnız sərgi və yaradıcılıq gecələrindən bəhs edilib.

Bu ittifaqın 2015-ci il ərzində gördüyü işlər əsasən rəhmətə gedən bir neçə rəssamın sərgisini təşkil etməkdən ibarət olub. Yaşlı və dünyasını dəyişən rəssamların yaradıcılıq gecələrinin keçirilməsi, təbii ki, yaxşı xüsusiyyətdir. Ən azından sənətə xidmət edən şəxslər unudulmurlar.

Amma bir qurumun fəaliyyətini bununla məhdudlaşdırması da alqışlanmamalıdır. İttifaqın əsas işi Azərbaycan rəssamlarının əsərlərini beynəlxalq sərgilərdə təbliğ etməkdir. Bu cür fakt isə cəmi bir neçə dəfə baş verib. ABŞ və Avropanın bir neçə ölkəsində Rəssamlar İttifaqının da dəstəyi ilə Azərbaycan rəssamlarının əsərləri beynəlxalq sərgilərdə nümayiş etdirilib.

Bu il Bakıda təşkil olunun birinci Avropa Oyunlarında Rəssamlar İttifaqının da dəstəyi ilə Azərbaycan rəssamlarının əsərlərindən ibarət qalareyaların şəhərin müxtəlif yerlərində turistlərə nümayiş etdirilməsini də qeyd etmək olar. Lakin Rəssamlar İttifaqı başqa illərdə olduğu kimi, bu il ölkə üçün hadisə sayılacaq heç bir faktla yadda qalmadı.

Azərbaycan  Bəstəkarlar İttifaqı –1 934-cü ildən fəaliyyət göstərən və dünyada tanınan bir sıra görkəmli bəstəkarların iş yeri olan Azərbaycan Bəstəkarlar İttifaqı da ili hər zamankı tempdə başa vurur. Yaradıcı qurumun işi bu il daha çox yubileylər üzərində kökləndi. Çünki başda Üzeyir Hacıbəyovun olmaqla bir çox korifey bəstəkarların yubileyi 2015-ci ilə təsadüf etdi. Üzeyir Hacıbəyovun 130 illik yubileyi ölkənin bir neçə şəhərində qeyd olundu.

Ondan başqa Vasif Adıgözəlov, Tofiq Əhmədov, Şəfiqə Axundova, Hacı Xanməmmədov, Ramiz Mirişli, Müslüm Maqomayev kimi bəstəkarların da yubiley və yaradıcılıq gecələri təşkil edilib. Başda “Qəbələ” caz və bir neçə musiqi festivalı olmaqla xaricdəki beynəlxalq festivallarda Azərbaycan təmsil edilib. Lakin bütün bunlarla bərabər, Bəstəkarlar İttifaqını 2015-ci ildə ciddi hadisəyə çevirə biləcək heç bir yeniliyə imza atmayıb.

Teatr Xadimləri İttifaqının fəaliyyəti isə digərlərindən azacıq fərqlənir.

Əvvəlcə onu qeyd edək ki, il ərzində ittifaqın saytı daim yenilənir. Saytda yaradıcı birliyin təşkilatçılığı ilə keçirilən bütün konfrans, yubiley və yaradıcılıq gecələri işıqlandırılıb. Səyavuş Aslan, Məmmədrza Şeyxzamanov, Məcnun Hacıbəyov, Qəmər Almaszadə və başqa teatr xadimlərinin xatirə gecələri təşkil edilib. Bundan əlavə,  “Bizim Teatr-2” Mini Festivalı və Milli Teatr günü münasibətilə keçirilən tədbirlər də buna aiddir. İttifaqın 2015-ci ildə bir sıra teatrlarda baş verən səhlənkarlıqlara münasibət göstərməməsini  diqqətdən qaçırmaq olmaz.

Xüsusən də Akademik Milli Dram Teatrında baş verən hadisələrə ittifaqın biganə münasibətini vurğulamaq lazımdır. Lakin sonra nazir Əbülfəs Qarayev ittifaqın sədri Azərpaşa Nemətovu teatra baş rejissor təyin etməklə iki qurumu bir-birinə yaxınlaşdırdı.

Bir zamanların ən aktiv yaradıcı təşkilatı olan Azərbaycan Kinematoqrafçılar İttifaqıçox təəssüf ki, son illər ən passiv çağlarını yaşayır.

Qurumun sədri Rüstəm İbrahimbəyovun siyasi proseslərə qoşulması və ölkəni tərk etməsi ittifaqın fəaliyyətinə də təsir edib. Sədrin gedişindən az sonra dövlət qurumlarından biri tərəfindən məhkəməyə verilən ittifaq bu gün də həmin problemdən qurtulmayıb.

Bir neçə ildir yaradıcı təşkilat yalnız milli kino günündə aktivləşir və ənənəsinə sadiq qalaraq kino xadimlərini bir neçə nominasiya ilə təltif edir. Bu il həmin mükafata aktrisa Mehriban Zəki və başqaları layiq görülüb. <p”>İttifaq daha bir ənənəsinə sadiq qalaraq kino gününü təntənəli qeyd edib. Lakin məlum hadisələrdən sonra ittifaqın fəaliyyətinin ciddi şəkildə zəifləməsi göz önündədir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın