Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / 20 uşaq ailəsinə qaytarılıb

20 uşaq ailəsinə qaytarılıb

Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 330 nəfər uşaq hərtərəfli dövlət təminatında yaşayır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində həmin müəssisələrdə əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, uşaqların normal yaşayışı, tibbi və sosial yönümlü reabilitasiya tədbirlərinə cəlb edilmələri üçün ən müasir tələblərə uyğun şərait yaradılıb.

“Hər iki müəssisədə uşaqlara müəyyən bacarıq və vərdişlərin aşılanması üçün müxtəlif dərnək və mini emalatxanalar da fəaliyyət göstərir. Bu müəssisələrdəki uşaqların cəmiyyətdəki digər həmyaşıdları kimi bərabər imkanlara malik olmaları, onların asudə vaxtlarının səmərəli keçməsi, gəzintilərinin, onlar üçün mədəni tədbirlərin, şənliklərin və s. təşkili sahəsində də Fondun təşəbbüsü və dəstəyi ilə müxtəlif işlər görülür. 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində də bu sahədə işlər aparılır. Təkcə bu ilin ötən dövründə həmin müəssisələrdən 20 nəfərə yaxın uşaq doğma ailə mühitinə qayıdıb”.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın