Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / 2 saylı Doğum Evi, yoxsa qəssəbxana?

2 saylı Doğum Evi, yoxsa qəssəbxana?

Mehriban Abasquliyevanın rəhbəri olduğu tibb ocağında bazar açılıb, ağır vəziyyətdə olan xəstəyə belə pulsuz oksigen yastığı verilmir

Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində özbaşınalıqlar baş verir. JAM.AZ xəbər verir ki, Doğum Evinin müdirəsi Mehriban Abasquliyeva sözün həqiqi mənasında bazar açıb.
Belə ki, sözügedən tibb ocağında ana olmaq istəyənlər əsl soyğuna məruz qalır. Onlara palatadan tutmuş, dərmana qədər hər şey satılır. Qeyd edək ki, Abasquliyevanın təlimatı əsasəndə hətta kiçik tibb bacısı belə xəstənin yanından «ver görüm» demədən keçə bilməz.
Əldə etdiyimiz məlumatlara görə, 2 saylı Doğum Evində palatalar iki yerə bölünür. Birinci yerə adi palatalar aiddir ki, onun üçün elə də pul tələb olunmur. Amma ikinci yerə daxil olan palatalar isə tam komfortludur. «Divarda televizor, küncdə soyuducu, yumuşaq döşək sərilmiş çarpayı, uşağın rahat yatması üçün beşik, kondisioner və sairə. Hərçənd bu otaqlara baxan tibb bacıları xəstələrin «dərisini soymaq»dan xüsusi həzz alırlar. Çünki 1-ci dərəcəli palatada hər hansı bir xidmət üçün 1-2 manat istəyirlərsə, digərində bu rəqəm 5 manatdan başlayır. Otağın həftəlik qiyməti isə 150 manatdır».
JAM.AZ-a daxil olan məlumatlarda vurğulanır ki, gənc xanımlar 2 saylı Doğum Evində üzləşdiyi mənzərədən sonra bir daha ana olmaqdan qorxmağa başlayıblar. «Təsəvvür edin ki, qapıdan içəri girən kimi, durumuna baxan yoxdur. Yalnız pul tələb edirlər. Filan şeyə pul ver, filan şey yoxdur, ona da pul ver. Bu proses cərrah bıçağı altına düşənə qədər davam edir. 2 saylı Doğum Evində bəri başdan pul verilməsə, adam xəstəxananın ortasında ölsə belə yenə onu doğuşa qəbul etmirlər».
JAM.AZ-a məlumat verən gənc ana vurğulayır ki, uşaq dünyaya gətirdikdən sonra ödəmələrin sayı da artmağa başlayır. Onun sözlərinə görə, uşağın anaya göstərilməsi puldur. «İlk mərhələdə başa düşüləndir. Ola bilər muştuluq qismində uşağı sənə göstərirlər. Amma bu qaldığın hər gün keçərlidir. Pul verməsən, uşaq günlərlə ac qalsa belə yenə sənə gətirib verməzlər. Allah eləməmiş, gecənin bir aləmi uşaq xəstələnə və ya ona hər hansı bir narahatlıq yarana, mütləq pul səpməlisən. Yoxsa, körpə ölsə də, kimsə yaxın durmaz».
Bizə yazan gənc ana onu da deyir ki, tibb bacılarından belə vəziyyətin səbəbini də soruşub. «Onlar dedilər ki, Doğum Evinin müdirəsi Mehriban Abasquliyeva onlardan gündük haqq alır. Və konkret plan qoyub. Əgər ayın sonuna kimi tələb olunan məbləğ gətirilib verilməsə, işçini işdən çıxarırlar».
Bu əsnada, sosial şəbəkələrdə də Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evinin müdirəsiylə bağlı qızğın müzakirələr başlayıb. Tanınmış xanım jurnalistlər biri sözügedən Doğum Evində uşaq dünyaya gətirdiyini, lakin başına da oyun açıldığını vurğulayıb. O qeyd edib ki, doğumdan bir qədər əvvəl sözügedən tibb ocağına yerləşdirilib. «Məndə oksigen çatışmazlığı olduğundan uşaq da bundan əziyyət çəkməyə başlamışdı. Həkim uşağın ürəyinin döyüntüsünə qulaq asıb tibb bacılarına tapşırıq verdi ki, təcili mənə oksigen yastığı gətirsinlər. 10-15 dəqiqə keçdi, oksigen yastığından xəbər çıxmadı. Uşağa nəsə olar deyə məni həyəcan basıb. Hər 2 dəqiqədən bir oksigen yastığını soruşuram. Gah deyirlər, yuxarıdadır, gah deyirlər, başqa xəstədədir, indi gətirəcəklər. Belə başa düşdüm ki, o boyda doğum evində cəmi 1 oksigen yastığı var, o da ya boşdur, ya da başqa xəstədədir. Nəhayət, 30 dəqiqədən sonra oksigen yastığı gəldi, amma bu dəfə oksigeni ciyərlərimə çəkmək üçün məndə hal qalmamışdı. Amma şükürlər olsun ki, hər şey yaxşı qurtardı».
JAM.AZ xəbər verir ki, bir başqa valideyn isə Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evini «qəssəbxana» adlandırıb. Həmin gənc ananın bildirdiyinə görə, uşağı dünyaya gətirərkən edilən soyğunçuluqdan savayı, həmin qurumdan sənəd almağın özü də ayrıca bir müsibətdir. «Bir kağız almaq üçün o qədər süründürdülər ki, nə edəcəyimi bilmədim. Nifrət edirəm ora. Nə rəhbərliyi rəhbərlikdir, nə də işçiləri».
Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın