Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / 1700 müəllim iş yerini dəyişmək üçün müraciət edib

1700 müəllim iş yerini dəyişmək üçün müraciət edib

Mayın 26-dan Təhsil Nazirlyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsinə başlanılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu saatadək iş yerini dəyişmək istəyən 1700 müəllim qeydiyyatdan keçib. Elektron qeydiyyatdan keçmək üçün daha 3 gün vaxt var.

Qeyd edək ki, yerdəyişmə prosesi proqram təminatı tətbiq olunmaqla cari ilin 26 may-15 iyun tarixlərində həyata keçiriləcək. İlkin olaraq müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, növbəti mərhələdə isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi aparılacaq. Müəllimlərin yerdəyişməsi zamanı müsabiqə və ya müsahibə keçirilməyəcək.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın