Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / 170 yaşayış məntəqəsinin içməli su ilə təminatı yaxşılaşdırılacaq – SİYAHI

170 yaşayış məntəqəsinin içməli su ilə təminatı yaxşılaşdırılacaq – SİYAHI

Prezident İlham Əliyev “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən sərəncamın 1-ci hissəsində “22” rəqəmləri “28” rəqəmləri ilə, “267” rəqəmləri “271” rəqəmləri ilə əvəz edilir:

“Əhalinin içməli su ilə təmin edilməsi məqsədilə 28 rayonun 271 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su təchizatı sisteminin qurulması üçün “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53-cü bəndində nəzərdə tutulmuş 14,0 (on dörd) milyon manat “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın”.

Həmin sərəncamın əlavəsi olan “İçməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı” yeni redaksiyada verilir.

Bu sərəncam imzalandığı gündən – avqustun 23-dən qüvvəyə minir.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın