Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Masallı şəhərində “yaşıl soyqırım” – Fotolar

Masallı şəhərində “yaşıl soyqırım” – Fotolar

Masallı şəhərində çoxillik, yaşlı ağacların amansız şəkildə məhvinə start verilib.  Azinforum.az-ın cenubnews.com-a istinadən verdiyi xəbərə görə, Rayon Polis Şöbəsinin qarşısından Olimpiya Kompleksinə qədər olan, magistral yolun kənarlarındakı ərazilərdə hazırda qızğın ağackəsmə işləri gedir.

Xəbərdə bildirilir ki, sözügedən ərazində tikintilər davam etdikcə yaşıllıqlar da sürətlə azalır.

Təbii ki, rayon rəhbərliyinin razılığı olmasaydı, belə “yaşıl soyqırım”ı həyata keçirmək, rayonda yeganə yaşıllıq yeri olan ərazidə ağacların kütləvi şəkildə məhv edilməsinə heç kim cürət eləməzdi.




Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın