Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / 147 saylı avtobusdan istifadə edən sərnişinlər narazıdır – VİDEO

147 saylı avtobusdan istifadə edən sərnişinlər narazıdır – VİDEO

147 saylı sərnişin avtobusundan istifadə edən sərnişinlər narazıdır.

Bu barədə “Report”a Abşeron rayonun Digah qəsəbəsinin sakinlərindən biri bildirib.
Belə ki, qəsəbədən şəhər istiqamətinə yalnız 147 saylı sərnişin avtobusu fəaliyyət göstərir. Sərnişin sıxlığından əziyyət çəkənlər məcbur olub avtobusun qapısından tutaraq canlarını təhlükəyə atıb yollarına davam edir. Qəsəbə sakini onu da qeyd edir ki, avtobuslar artıq öz istismar müddətini başa vurub: “Bir neçə ildir ki, bu problemlə üz-üzə qalmışıq”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Report”un sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən marşut xəttinin sahibkarına xəbardarlıq edilib: “Ancaq bu işdə təkcə BNA yox, həm də Yol Polisi əməkdaşları maraqlı olmalıdır. Çünki bu, təkcə bizim işimiz deyil. Avtobusda sərnişinlərin normadan artıq olması faktına

Yol Patrul Xidmətinin əməkdaşları nəzarət edir”.

Həmin qəsəbədə avtobusların sayının az olmasına gəlincə, M.Ağayev bildirib ki, əlavə avtobusların xəttə buraxılması üçün BNA iş aparacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın