Cümə , Aprel 19 2024
Ana səhifə / Media / 1200 şagird soyuqda qalıb – Məktəbin 120 min borcu var

1200 şagird soyuqda qalıb – Məktəbin 120 min borcu var

Tovuz rayon Bozalqanlı kənd sakini Ceyhun Əsədov Yusif Sadıqov adına kənd orta məktəbində istiliyin dayandırılması ilə bağlı “Qafqazinfo”ya müraciət edib.

Onun sözlərinə görə, noyabrın 15-dən dekabrın 30-na kimi məktəbdə istilik olub: “Uşaqlar bayram tətilinə buraxılandan sonra isə istiliyi kəsiblər. “Azəristiliktəchizat”ın rayon şöbəsinin nümayəndəsi dedi ki, məktəbin 120 min manat borcu var. Bu borc ödənilməsə, istilik verilməyəcək. İndi bu havada 1200 şagird soyuqda qalıb. Məktəbdən deyirlər ki, odun peçi alın. İndi hansı dövrdə yaşayırıq ki, istilik ola-ola odun yandırılsın? Təhsil Nazirliyi məktəbə istiliyin yenidən verilməsi üçün 120 min manat borcu ödəməlidir” .

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın