Cümə , Aprel 19 2024
Ana səhifə / Media / 12 yaşadək uşaqlar üçün avtomobildə xüsusi oturacaq olmalıdırmı? – Açıqlama

12 yaşadək uşaqlar üçün avtomobildə xüsusi oturacaq olmalıdırmı? – Açıqlama

Yol polisinin cərimələr haqqında yeni qaydaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə 12 yaşa kimi olan olan uşaqların avtomobildə gedən zaman xüsusi oturacaqlarda oturması məsələsi sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri qanunun düzgün olmadığını, arxa oturacaqda kifayət qədər böyük olan 10-12 yaşlı uşaqlar üçün xüsusi oturacaqdan istifadənin və buna görə cərimənin düzgün olmadığını qeyd ediblər.

Sputnik Azərbaycan-ın əməkdaşı 12 yaşa kimi olan uşaqlar üçün nəzərdə tutulan qaydanın dəqiq necə olmasını Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədovdan soruşub. Mətbuat xidmətinin rəisi suallara aydınlıq gətirib: “Yol Hərəkəti” haqqında qanunda qeyd edilir ki, 12 yaşadək uşaqlar qabaq oturacaqda xüsusi oturacaqda oturmalıdılar. Əgər bu tələb pozulursa, bu zaman avtomobil saxlanılır və sürücüyə inzibati qaydada protokol tərtib edilir. Bu zaman sürücüyə 3 bal yazılır və o, 60 manat cərimə ödəməli olacaq. Qeyd etməliyəm ki, arxa oturacaqda xüsusi oturacaqsız 12 yaşadək uşaq oturursa, burada inzibati məsuliyyət nəzərdə tutulmasa da, yolda hər an baş verəcək hadisənin ağırlığını nəzərə almaq lazımdır. Sürücününü hüquq və vəzifəsi təhlükəsizliyi təmin etmək şərtlərindən biridir”.

Əsədov qeyd edib ki, Avropa qanunlarına, müasir tələblərə, konvensiya tələblərinə nəzər salanda bu cür qanunları görmək olur: “Biz Avropaya inteqrasiya ediriksə bilməliyik ki, Avropa ölkələrində arxa oturacaqlarda da uşaqlar üçün xüsusi oturacaqlardan istifadə edirlər. Niyə? Çünki, sürücü şüurlu şəkildə başa düşür ki, arxa oturacaqda uşaqlar üçün təhlükəsizlik oturacaqları ilə təmin etməlidir. Mən də belə tövsiyyə edirəm ki, inzibati cəzanın, ətrafda polis əməkdaşının olub-olmamasına baxmayaraq arxa oturacaqda uşaqlar üçün mütləq oturacaq olmalıdır. Ən azından bununla sürücü övladlarının təhlükəsizliyini qoruyur”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın