Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / “10 il əvvəl torpaq aldım, ev tikməyə qoymurlar…” – Şikayət var

“10 il əvvəl torpaq aldım, ev tikməyə qoymurlar…” – Şikayət var

“10 il əvvəl ev tikmək üçün torpaq aldım, sonradan dedilər ki, həyətyanı sahəsi dövlət tarix-mədəniyyət və təbiət qoruğu ərazisinə daxildir, tikinti apara bilməzsiniz”.

Bu sözləri Aynur Xudiyeva “Qafqazinfo”ya müraciətində deyib. Şikayətçi bildirib ki, 25 may 2006-ci il tarixində Məmmədli Bələdiyyəsindən 0.8 sot həyətyanı torpaq sahəsi alıb. Daha sonra, 2007-ci ildə torpağa çıxarış əldə etsə də, sənədlər hazır olduqdan sonra tikintiyə icazə verilməyib:

“2007-ci ildə “Yanar dağ”ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan olundu. Elə o vaxtdan sonra bələdiyyə tərəfindən 200-ə yaxın torpaq sahiblərinə aldıqları torpağı satmağa, orada tikintiyə icazə verilmir. Və yaxud dövlət tərəfindən heç bir kompensasiya ayrılmayıb”.

Qafqazinfo” məsələylə bağlı Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədovla əlaqə saxlayıb. Şöbə müdiri bildirib ki, şikayətçi əllərində olan sənədlərlə birlikdə nazirliyə müraciət etməlidir. Həmin müraciət əsasında əraziyə baxılaraq hər hansı bir qərar veriləcək.

Daşınmaz əmlak ekperti Ramil Osmanlı da məsələyə münasibət bildirən zaman bu kimi hallarda əmlak sahibinin bələdiyyəni məhkəməyə verməli olduğunu bildirib:

“Vətəndaş konkret olaraq bələdiyyəni məhkəməyə verib öz hüquqlarını bərpa edə bilər. Mülkiyyət toxunulmazdır. Ərazi qoruq elan olunan zaman bələdiyyə hər hansı bir yolla məsələyə münasibət bildirməli idi. Yəqin ki, araşdırmalar aparan zaman ərazinin dövlət torpağı olduğu məlum olub və qoruq elan olunub. Buradan o aydın olur ki, bələdiyyə həmin ərazini vətəndaşlara qanunsuz olaraq satıb. Bütün bunlar araşdırılaraq öz həllini tapmalıdır.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın