Ana səhifə / Media / 1№-li Çörək Zavodu: Çörəyin satış qiyməti sabitdir

1№-li Çörək Zavodu: Çörəyin satış qiyməti sabitdir

“Bizim istehsal etdiyimiz və istehlak bazarına təqdim etdiyimiz çörək və çörək məhsullarının qiymətlərində heç bir dəyişiklik edilməyib. İndi də məhsullarımızın satışını köhnə qiymətlər əsasında reallaşdırırıq”.

Bunu “Report”a açıqlamasında Bakının Xətai rayonu ərazisində yerləşən “Gilan Holdinq” MMC-yə məxsus Azərbaycanın aparıcı çörək istehsalçılarından olan 1№-li Çörək Zavodunun nümayəndəsi bildirib.

Onun sözlərinə görə, adətən qiymətlərin bahalaşması planlaşdırılarkən bu barədə 10 gün öncədən zavodun bütün tərəfdaşları (pərakəndə satış məntəqələrinə) xəbərdar edilir: “Ümumiyyətlə, qiymətlərin necə dəyişəcəyi yaxın 1-2 ay ərzində məlum olacaq. Çünki bu gün Azərbaycanda bir çox mal və xidmətlərin qiyməti yüksəlib. Odur ki, bəzi şirkətlər bu səbəbdən məhsullarının qiymətini yüksəldib. Lakin 1№-li Çörək Zavodunun qiymət siyasətində hələlik dəyişiklik olmayıb”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın