Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / ​Bu il Naxçıvanda 120 hektar sahədə yeni yaşıllıq zolağı və meyvə bağı salınacaq

​Bu il Naxçıvanda 120 hektar sahədə yeni yaşıllıq zolağı və meyvə bağı salınacaq

Cari ildə Naxçıvan Muxtar Respublikasında 120 hektar sahədə yeni yaşıllıq zolağı və meyvə bağı salınacaq.
Bu barədə muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Qeyd olunub ki, 2015-ci ildə 216,8 hektar sahədə yaşıllıq zolağı və meyvə bağı salınıb, 446 min 320 ədəd ting əkilib, 324,2 hektar sahədə bərpa işləri aparılıb.
Qeyd edək ki, bu gün muxtar respublikada 2016-cı ilin yaz iməciliklərinə start verilib.  Report.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın