Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Ərəb Dövlətləri Liqasından çağırış: “Jurnalistin ölümü ilə bağlı aparılan istintaqı siyasiləşdirməyin!”

Ərəb Dövlətləri Liqasından çağırış: “Jurnalistin ölümü ilə bağlı aparılan istintaqı siyasiləşdirməyin!”

Ərəb Dövlətləri Liqası (ƏDL) səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı aparılan istintaqı siyasiləşdirməməyə çağırır və Ər-Riyadın bu məsələ ilə əlaqədar qərarlarını alqışlayır.

AZƏRTAC Liqanın açıqlamasına istinadla xəbər verir ki, “ƏDL-ı bu işin siyasiləşdirilməsini, Səudiyyə Ərəbistanına qarşı sanksiyaların tətbiq edilməsi təhlükəsi yaradılmasını və ölkəyə qarşı hər hansı birtərəfli addımların atılmasını rədd edir.

ƏDL-ın açıqlamasında Kral Salman bin Əbdül Əziz Əl Saudun jurnalistin ölümü ilə bağlı işdə həqiqəti aşkar etmək niyyətinə və bütün lazımi hüquqi tədbirlərin görüləcəyinə əminlik bildirilir.

Qeyd edək ki, səudiyyəli jurnalistin ölümü ilə əlaqədar başlanılmış cinayət işi çərçivəsində 18 nəfər saxlanılıb, ümumi təhlükəsizlik xidmətinin rəhbərinin müavini və Vəliəhdin köməkçisi Əhməd Əsiri və krallıgın dəftərxanasının müşaviri Saud əl-Kaxtanı vəzifələrindən kənarlaşdırılıblar.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …