Ana səhifə / Media / Əlillər üçün metro liftləri hansı stansiyalarda olacaq? – SOSİAL

Əlillər üçün metro liftləri hansı stansiyalarda olacaq? – SOSİAL

“Bənövşəyi xətt”ə aid bütün stansiyalarda bu liftlər quraşdırılacaq. Bu xətt 12 stansiyadan ibrətdir və hər bir stansiyada da həmin liftlərin istifadəsi mümkün olacaq.

Bu sözləri Axar.az-a Bakı Metropoliteni QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, sözügedən xəttin mövcud stansiyalarla birləşməsi olacaq:

“Biz metropoliten olaraq yeni bir xətt yaradırıq. Bu xətt isə “Bənövşəyi xətt” adlanır. Bu o deməkdir ki, Avtovağzal metro stansiyasına daxil olan əlil vətəndaş Memar Əcəmi-2 stansiyasında düşəcək. Həmin stansiyada da əlillər üçün nəzərdə tutulan lift mövcuddur”.

Qeyd edək ki, yeni stansiyalarda əlil insanlar yerin üstündən liftlər vasitəsilə birbaşa platformaya enə biləcəklər.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın