Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Media / Əlil şair yardım istəyir

Əlil şair yardım istəyir

Şair Yaşar Qafarov redaksiyamıza məktubla müraciət edib. Hazırda sığınacaqda yaşayan əlil şair sosial vəziyyətinin çox ağır olduğunu bildirib:

“Mən 1974-cü ildə anadan olmuşam. Anadangəlmə serebral iflicəm, 1-ci qrup əliləm. Eyni zamanda şairəm, 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüyəm. Hazırda Bilgəh qəsəbəsi, Hacıağa küçəsi, ev 24-də yerləşən Əlillər üçün ayrılmış sosial sığınacaqda müvəqqəti yaşayıram. Ümumiyyətlə, 8 ildir ki, yəni 2009-cu ildən bu sistemdə yaşayıram. 3 kitab müəllifiyəm. Həmin kitablarım xeyirxah insanların sponsorluğu ilə çap olunub. İki kitabım da onların hesabına çapa hazırlanır. Mənim üçün olduqca çətindir Yaradıcılıqla məşğul olmaq üçün heç bir imkanım yoxdur. Mənzil-şəraitim olduqca ağıdır. Səhhətimlə bağlı da problemlərim var. Aidiyyatı qurumlardan xahiş edirəm ki, mənim kiçik bir mənzillə təmin edilməyimə yardımçı olsunlar”.
Şair Yaşar Qafarov mənzil problemi ilə bağlı prezidentə də müraciət ünvanladığını bildirib.

Məsələ ilə bağlı əməkdaşımız AYB ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Xəyal Rza bildirdi: “Yaşar Qafarov bizim qurumun üzvüdür. Lakin AYB-nin hazırda yazıçılara ev verməyə imkanı yoxdur. Buna baxmayaraq üzvlərimizdən kimsə maddi imkansızlıqla bağlı müraciət edəndə imkan daxilində köməklik edilir. Məsələn, əgər kiminsə müalicəyə ehtiyacı olarsa, bunun üçün dövlət xəstəxanalarına və yaxud nazirliyə müraciət olunur. Lakin bir daha qeyd edirəm, qurumun üzvlərinə hazırda ev verməyə imkanı yoxdur”. (Musavat.com)

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın