Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Əli Həsənov yanan binaya ikinci dəfə baş çəkdi: “Yeni bina tikilməyəcək, təmir edib sakinləri köçürəcəyik”

Əli Həsənov yanan binaya ikinci dəfə baş çəkdi: “Yeni bina tikilməyəcək, təmir edib sakinləri köçürəcəyik”

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Yasamalda məcburi köçkünlərin yaşadığı yanan binaya ikinci dəfə baş çəkib.

Virtualaz.org-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, onunla birgə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Yasamal RİH-nin başçısı İbrahim Mehdiyev də hadisə yerində olublar. Onlar yanğının baş verdiyi bütün mərtəbələrə baş çəkərək zərər çəkən sakinlərlə görüşüblər.

Əli Həsənov virtualaz.org-a binanın təmir olunacağını və sakinlərin yenidən bu binaya köçürüləcəyini deyib.

“Yanan binadakı bütün mənzillər təmir olunacaq. Sakinlər üçün yeni bina tikilməyəcək. Təmirdən sonra hər kəs öz mənzilinə köçürüləcək”, – deyə Əli Həsənov bildirib.

FHN DYMX-nın Yasamal RYMH-nin rəisi, daxili xidmət polkovnik-leytenantı Rəşad Nəsirov virtualaz.org-a açıqlamasında bildirib ki, yanan binadan 3 nəfər xilas edilib, 32 nəfər təxliyə olunub: “Saat 13.49-da yanğın avtomobilləri hadisə yerinə yönəldilib. Binanın birinci mərtəbəsindən beşinci mərtəbəsinə qədər olan hissədə yanğın olub və birinci mərtəbədə olan taxta konstruksiyalı tikili yanıb. Yanğın qısa müddət ərzində söndürülüb və digər mənzillərə keçməsinin qarşısı alınıb. Binadan 3 nəfər köməksiz vəziyyətdə sakin xilas edilib. Bunlar əsasən yaşlılar olub. 32 nəfər isə təxliyə olunub. Hadisə yerinə 8 yanğınsöndürən avtomobil cəlb olunub”.

 

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın