Rayon İcra Hakimiyyətinin başçısının müavini Namiq Süleymanov AzNews.az-a açıqlamasında Seymur Verdizadəyə zəng etmədiyini bildirib:

“Mən Seymurla nə danışmışam, nə də onu görmüşəm. Bilmirəm nə məsələdir. Qəti şəkildə belə bir zəng olmayıb. Əgər mənim adımdan kimsə zəng edibsə, bunu araşdıracam. Çünki məsələ həqiqətən də araşdırılmalıdır”.

Qeyd edək ki, tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl “Qafqazinfo”da yayımlanan “Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub. Məlumat üçün bildirək ki, həmin yazıda yaşlı nəslin gənclərin qarşısında maneə olması, onlara yol açmaması tənqid olunub. S.Verdizadə bildirib ki, yazı dərc olunandan sonra Daşkəsən rayon icra başçısı Əhəd Abıyev yaxınları vasitəsi ilə təzyiq etməyə başlayıb və sözügedən yazıya etirazını bildirərək ona hədə-qorxu gəlir. Bundan əlavə, jurnalist, Əhəd Abıyevin müavini Namiq Süleymanov tərəfindən də təhqir olunduğunu deyib.