Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Əflatun Amaşovdan “gödəkçə ittihamı”na cavab

Əflatun Amaşovdan “gödəkçə ittihamı”na cavab

Tanınmış jurnalist Aygün Muradxanlı Avropada məskunlaşan Tural Sadıqlı, Qurban Məmmədov, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev barəsində beynəlxalq axtarış elan edilməsi ilə bağlı yazısında Azərbaycan Mətbuat Şurasını Avropada fəaliyyət göstərən söyüş mediasının Bakı təmsilçilərinə media gödəkçələri verməkdə ittiham edib. 

A.Muradxanlı qeyd edib ki, anlaşılan, hökumət ölkədən kənardakı söyüş kampaniyasına ciddi savaş açıb. Jurnalist sonra sual edir ki, o qədər də uzaq olmayan tarixlərdə mühacirətdə getmiş, özü hansısa dövlətin 600-700 avro müavinəti ilə mühacir evlərində yaşamalı olan insanlar hansı resurslarla Azərbaycanda bu qədər müxbir saxlayırlar? Axı sığındıqları ölkələr onların yalnız minimum ehtiyaclarını ödəyir. Bu qədər işçi, mükəmməl texniki imkanlar hansı dənizin suyudur?

Aygün Muradxanlı da namizəd oldu: "...İsrarlı təkliflərindən keçə bilmədim"

A.Muradxanlı qeyd edib ki, xaricə sığınıb Azərbaycana neqativ yollayanların Qərbdən maliyyələşməsi haqqında nağıllara çoxdan heç kim inanmır.

Söyüşü normaya çevirən, efir mədəniyyətindən kənar və Azərbaycanda dialoq mühitinin yaranması üçün dəridən-qabıqdan çıxanların bütün əziyyətlərini yerə vuran bu insanların bütün dəstəyi Azərbaycandandır. Himayələri elə güclüdür ki, Azərbaycanda onlar üçün bağlı qapı yoxdur: “Bu adamlara PRESS jiletini kim verir? Bildiyim qədərilə bu məsələyə Mətbuat Şurası məsuldur. MŞ sədri Əflatun Amaşov lütfən izah etsin, ölkə daxilində fəaliyyət üçün XİN-də rəsmi qeydiyyatdan keçən BBC-nin, Reuters-in, Azərbaycanda qeydiyyatı olmasa da fəaliyyət göstərən Azadlıq Radiosu, Anadolu Agentliyi kimi dünya medialarının təmsilçiləri ilə yanaşı xaricdə oturub Azərbaycan iqtidarını söyənlərin, cəmiyyəti radikallığa kökləyənlərin, inqilab çağırışları edənlərin ”media”larının təmsilçilərinə PRESS jiletlərini kim verir? O verməyibsə, çıxsın kimin verdiyini desin. Özü verməyib, kimin verdiyini də bilmirsə, onda Mətbuat Şurası sədrliyi kürsüsünü niyə məşğul edir ki?”

Musavat.com əməkdaşı Aygün Muradxanlının sual və iddiası ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşova sorğu verib. Əflatun Amaşov iddianı təkzib edib. O qeyd edib ki, Mərkəzi Avropada olan heç bir sayt və kanalın təmsilçisinə PRESS gödəkçələri verilməyib: “Mətbuat Şurası Azərbaycan üzrə 700 PRESS gödəkçə paylayıb. Onların hamısı Mətbuat Şurasına üzvü olan yerli sayt və qəzetlərin əməkdaşlarına verilib». 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …