Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Əflatun Amaşov: “Sevinirəm ki, məqalə ilə maraqlanır və bu başlığı tənqid edirlər”

Əflatun Amaşov: “Sevinirəm ki, məqalə ilə maraqlanır və bu başlığı tənqid edirlər”

“Deməli, qəzetin materiallarına maraq var ki, insnalar “Ağbəcədi çörəkli rayondur” başlığı ilə gedən məqaləmizlə maraqlanırlar və bu başlığı tənqid edirlər. Bu da təbiidir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov deyib. 

Baş redaktor qəzetdə gedən məlum başlıqla bağlı səslənən fikirlərə, o cümlədən bu başlıqda reketçilik əlamətlərinin olması ilə bağlı ortaya atılan ittihamlara cavab verib. 

Ə.Amaşov bəyan edib ki, söz azaddır və müxtəlif fikirlər var: 

“Mən çox sevinirəm ki, həmin başlıq müəyyən mənada kiminsə diqqətini cəlb edib. 

O ki qaldı başlıqdadı reketçilik əlamətlərinə,qətiyyən belə şey ola bilməz. Əgər kimsə bunu reketçilikdə ittiham edirsə, o adam bəlkə də jurnalistikaya reketçilik kimi baxır. Mən, Əflatun Amaşov ömrüm boyu reketçiliklə mübarizə aparmışam. Biz “Xalq qəzeti”nin Qarabağ məntəqəsini yaratmışıq. Bizim bir məntəqəmiz də Ağcabədidə yerləşir. Biz istəyirik ki, işğaldan azad olunmuş ərazilərdə baş verən bütün prosesləri qəzetimiz vasitəsilə ölkə ictimaiyyətinə çatdıraq. Məqsədimiz ondan ibarətdir”. 

O, etiraf edib ki, buradakı reketçilik ittihamları və s. şeylər ona da maraqlı gəlib: 

“Çox sağ olun ki, belə bir sualı verdiniz. Lakin bu fikirlər tamamilə o başlıqla tərs-mütənasibdir. Bu gün rəhbəri olduğum qəzetin hər hansı bir yazısındakı hər hansı bri ifadənin reketçilik kimi ittiham olunması və kimlərinsə fikrindən belə şeylərin keçməsi tamamilə yanlışdır. Çünki onlar Əfaltun Amaşovu yaxşı tanıyıb-bilirlər ki, mənim Mətbuat Şurasındakı fəaliyyətim necə olub”. 

Baş redaktor qəzetdə yeniliklərin olacağı ilə bağlı anonsları da verib: 

“Mənim məqsədim bundan ibarətdir ki, “Xalq qəzeti” Azərbaycanda sözün əsl mənasında əsl mətbuat vasitəsi və ölkənin birinci qəzeti olsun. Hazırda biz qəzetdə müəyyən dəyişikliklər etməyə cəhd edirik və mənə elə gəlir ki, bu, alınacaq. Qəzetin özünün müstəqil saytı olacaq və yaxın günlərdə saytın təqdimatı keçiriləcək. Eləcə bu qəzetin “Xalq TV”, “Xalq Radio” və “Xalq” “Telegram” kanalları olacaq və sosial şəbəkədə aktiv bir media qurumu olacağıq. Siz də “Xalq qəzeti”nin timsalında ölkənin ən aparıcı media vasitələrindən birini görmüş olacaqsınız”. 

“Mən bir daha bu sualı verdiyinizə görə təşəkkür edirəm. Mən hələ indiyə qədər belə ittiham eşitməmişdim və bu, mənə maraqlı gəldi. Bu qəzet hamı üçün açıqdır. Hamı gəlib özünü “Xalq qəzeti” müstəvisində sınaya bilər. Hamını qəzetimizə dəvət edirəm” – yekunlaşdırıb. 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …