Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Əflatun Amaşov: “Onların məqsədi ölkədə vətəndaş qarşıdurması yaratmaqdır”

Əflatun Amaşov: “Onların məqsədi ölkədə vətəndaş qarşıdurması yaratmaqdır”

Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilir.

Musavat.com xəbər verir ki, tədbirdə prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, ölkənin aparıcı KİV nümayəndələri iştirak edirlər.

Tədbirdə açılış nitqini söyləyən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, tədbiri olan görə indi keçirməyi münasib bildik ki, son aylar ərzində Avropada yaşayan bəzi şəxslər özlərinin sosial şəbəkədəki profilləri vasitəsilə ölkə prezidentinə, onun ailəsinə, Azərbaycanın atributlarına qarşı təhqirlər edirlər. Əlbəttə ki, bütün bunlar seçki ilə bağlıdır. Biz daha öncəki seçkilər ərəfəsindən də bu sayağı mübarizə üsulları ilə tanışıq. Ancaq indi başqa münasibət hakimdir. İndi sanki təhqir, qəzəb, söyüş öz plandadır. Bu makinanı dayandırmaq mümkün deyil. Məqsəd vətəndaş qarşıdurması yaratmaqdır. Biz buna məhəl qoymaya da bilərdik. Çünki Avropanın ölkələrində on minlərlə azərbaycanlı yaşayır. Onlar Azərbaycanın tarixi ilə bağlı həmin ölkənin vətəndaşlarına məlumat verirlər, ölkədəki siyasi vəziyyəti doğru şəkildə anladırlar. Bu yaxınlarda Xocalı soyqırımının il dönümü zamanı keçirilən tədbirlər də göstərdi ki, onlar Azərbaycanı necə sevirlər. Lakin bir qrup adamların videolarına baxanda görürsən ki, bunlar söyüşü əsas mübarizə üsulu kimi seçiblər. Onlar deyirlər ki, biz məhv etməliyik, devirmələyik.

Bizi narahat edən bu sayaq məsələlərdir. Ona görə də biz Azərbaycan jurnalistləri, Azərbaycanı narahat edən bu sayaq addımlarla barışmalı deyilik. Bu, bizim siyasi mübarizə üsullarımıza zidd olan məsələlərdir. Çox sağ olun ki, sosial şəbəkə hesablarınızda, media orqanlarında bu sayaq təhqirlərə doğru reaksiya vermisiniz. Ona görə də sizə təşəkkür edirəm. Bu gün qaldırdığınız məsələ cəmiyyətdə barışın qorunub saxlanması üçün çox aktualdır”.
Tədbir davam edir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …