Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Əflatun Amaşov: “Mətbuat Şurasının qurultayı yazda keçiriləcək”

Əflatun Amaşov: “Mətbuat Şurasının qurultayı yazda keçiriləcək”

Azərbaycan Mətbuat Şurasının növbəti – VII qurultayı bu ilin yaz aylarında keçiriləcək.

Bu barədə “Report”a açıqlamasında Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov məlumat verib.

O bildirib ki, yaxın vaxtlarda Mətbuat Şurasının hesabatı hazırlanacaq: “Hesabat verdikdən sonra bu məsələni gündəmə gətirəcəyik. Yəqin ki, qurultay bu ilin yazında olacaq”. Ə.Amaşov növbəti dəfə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı isə suala belə cavab verib: “Bunu zaman göstərəcək. Məsələ namizədliyimin irəli sürülməsi deyil, qurultayın kimi sədr seçməsidir”.

Qeyd edək ki, Mətbuat Şurasının sonuncu qurultayı 2013-cü ildə keçirilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …