Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Əflatun Amaşov Mətbuat Şurası ilə bağlı yeni qanun qəbul edilməsini istədi:”Bazar açan ünsürlər yayılıb…”

Əflatun Amaşov Mətbuat Şurası ilə bağlı yeni qanun qəbul edilməsini istədi:”Bazar açan ünsürlər yayılıb…”

Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklif edilib.

Bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında MŞ sədri, deputat Əflatun Amaşov irəli sürüb.

O qeyd edib ki, təşkilatın hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsini ciddi ehtiyac var:  “Biz bu gün ictimai təşkilat olduğumuzdan bəzən müvafiq addımlar ata bilmirik. Bu gün mətbuatda jurnalist adına xələl gətirən, jurnalist adından sui-istifadə edən, bazar açan ünsürlər yayılıb. “Reket jurnalistika”dan əziyyət çəkirik. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə “reket jurnalistika”ya qarşı mübarizədə, mətbuatda balanslaşdırılmanın aparılmasında ciddi addım atmış olarıq. Buna zəruri ehtiyac var”.

APA

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …