Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Əflatun Amaşov: Fransada güllələnmiş Rahim Namazov jurnalist deyil

Əflatun Amaşov: Fransada güllələnmiş Rahim Namazov jurnalist deyil

“Bəzi yerli kütləvi informasiya vasitələrində Rahim Şəkinski olaraq göstərilən Rahim Namazov adlı şəxsin Fransada güllələndiyinə dair məlumatlar yayılıb və həmin şəxsin guya jurnalist olduğu bildirilib. Yayılmış informasiyalarda Fransa telekanalının da məsələni məhz azərbaycanlı jurnalistin güllələndiyi kimi təqdim etməsi önə çəkilib. Fransa telekanalında bu sayaq təqdimat varsa, təbii ki, çox ciddi yanlışlıqdır”. Bu barədə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib.

“Azərbaycan Mətbuat Şurasının sədri və media sahəsində uzun müddət fəaliyyət göstərmiş biri olaraq bildirirəm ki, Rahim Namazov adlı jurnalist olmayıb. Bu ad ölkəmizin media ictimaiyyətində jurnalistika ilə bağlı hər hansı təsəvvür formalaşdırmır. Xaricdə sığınacaq almaq məqsədi ilə müxtəlif yollarla jurnalist vəsiqəsi əldə edən onlarla şəxs var. Çox güman ki, Rahim Namazov da onlardan biridir. Ona görə də demək olar ki, bu adamın Fransada silahlı hücuma məruz qalması jurnalistlik fəaliyyəti ilə əlaqədar ola bilməz. Məsəlinin səbəbi fərqli müstəvidə araşdırılsa, daha obyektiv nəticəyə gəlmək mümkündür”, – Şura sədri vurğulayıb.

Ə.Amaşov kütləvi informasiya vasitələrinin, xüsusən də internet informasiya resurslarının təmsilçilərini diqqətli olmağa çağırıb.

Xatırladaq ki, Fransanın Tuluza şəhərində yaşayan azərbaycanlı Rahim Namazov (Şəkinski) güllələnib.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …