Ana səhifə / Media / Əflatun Amaşov Azər Həsrətin sözlərinə güldü

Əflatun Amaşov Azər Həsrətin sözlərinə güldü

“Mətbuat Şurası sədrliyi mən çapda adam üçün çox kiçik vəzifədir”. Bu fikri jurnalist Azər Həsrət “Yeni Müsavat”a müsahibəsində səsləndirib. O qeyd edib ki, bu təkəbbürlülük deyil: “Siz şahidsiz ki, mənim kifayət qədər qabarıq, deputatların demirəm, hətta bəzi nazirlərin qibtə ilə baxacağı bir bioqrafiyam var. Həddən artıq qabarıq…”.

Bəs onun bu sözləri Mətbuat Şurasının sədri , deputat Əflatun Amaşova və Şuranın idarə heyəti üzvlərinə necə təsir edib?

“Yeni Müsavat”ın müxbiri bu sualla Əflatun Amaşova müraciət edib. Sualı eşidən MŞ sədri bunu gülərək qarşılayıb: “Həyatda baş verən proseslərə, xüsusən dəyərlərə hər insanın özünün fərqli baxışları var. Bütün baxışlara sayğı ilə yanaşmaq önəmlidir. Azər Həsrət də kifayət qədər aktiv insandır. Mən hamıya, eyni zamanda Azər Həsrətə uğurlar arzulayıram”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının idarə heyətinin üzvü Aydın Quliyev də həmkarının sözlərindən incimədiyini dilə gətirdi: “Mən bunu Mətbuat Şurasının üzvlərinə qarşı alçaldıcı, aşağılayıcı tonda deyilmiş bir fikir hesab etmirəm. Bu Azər Həsrətin öz fikridir. Görünür Azər bəy, özü özünün işgüzar və intellektual keyfiyyətlərini daha böyük postlar tutmağa layiq hesab edir. Burada da qəribə heç nə yoxdur”.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …