Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Media / Əvəz Zeynallı ilə bağlı apellyasiya şikayəti verildi

Əvəz Zeynallı ilə bağlı apellyasiya şikayəti verildi

Jurnalist Əvəz Zeynallı barəsində seçilən həbs qətimkan qərarından apellyasiya şikayəti verilib.

Bu haqda Əvəz Zeynallının vəkili Aqil Layıc feysbuk hesabında yazıb.

“Əvəz Zeynallının həbs edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti özəl poçt xidmətinə təqdim edilib. Sabah Binəqədi rayon Məhkəməsində olacaq. Bakı Apellyasiya Məhkəməsindən qərarın ləğv edilməsi və onun barəsində qətimkan tədbirinin ləğv edilməsi və ya alternativ olaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məhkəmədən xahiş edilib”, – vəkil qeyd edib.

Həmçinin oxuyun

Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir, amma…

Jurnalistlər Sənan Həsənoğlu və İlqar Atabəylinin istintaqı yekunlaşıb, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. …