Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Ərəblərdən növbəti –İYRƏNCLİK

Ərəblərdən növbəti –İYRƏNCLİK

Azərbaycanda oteldə xoşagəlməz baş verib. Teymur Əhmədov adlı vətəndaş Qəbələdə “Qafqaz Riverside Hotel” oteldə gecələmək qərarına gəlib.
Əşyalarını nömrəsinə yerləşdirən şəxs hamam otağına keçəndə xoşagəlməz vəziyyətlə qarşılaşıb.
“Sifariş etdiyimiz nömrəyə daxil olanda gördük ki, pəncərələr açıqdır. Otağı 4-5 saat qızdırmalı olduq. Ancaq sonradan pis qoxu gəldiyini hiss elədim. Hamam otağına keçib gördüm ki, divarda nəsə var. Birinci elə başa düşdüm ki, ləkədir. Dəsmal götürüb ləkəni siləndə anladım ki, bu insan nəcisidir. Otelin menecerini çağırıb bu barədə məlumat verdim. Dedilər ki, pəncərəni məhz ona görə açıq qoymuşuq. Mənə pəncərəni bağlamağı və beləliklə otağın qızacağını bildirdilər. Daha sonra xadimə gəlib otağı təmizləməyə başladı. Soruşdum ki, otaqdan niyə belə pis iy gəlir? Mənə dedi ki, ərəblər otaqda siqaret çəkib. Dedim bəs bu nədir? Bu sualıma da eynilə “ərəblər edib” deyə cavab verdi. Bu cür vəziyyətlə qarşılaşdım və sonda məndən 94 AZN ödəniş tələb etdilər”.
Vətəndaş tələb edilən ödənişi edib.(baku.ws)
“Qafqaz Hotel”də iyrənc görüntü -  Foto
“Qafqaz Hotel”də iyrənc görüntü -  Foto

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın