Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Media / Əmi qardaşı qızı ilə evlənə bilərmi? – Hüquqi şərh

Əmi qardaşı qızı ilə evlənə bilərmi? – Hüquqi şərh

Gəncədə kişinin öz ailəsini və uşaqlarını ataraq doğma qardaşı qızı ilə evlənmək məqsədi ilə qaçması cəmiyyətdə ciddi rezonans doğurub. Onlar dini nikah bağlasa da, ailəlli olduqları üçün rəsmi nikaha girə bilməyiblər. Ailə Məcəlləsində nikahın bağlanmasına mane olan hallar 12 maddə ilə tənzimlənir.

Ailə Məcəlləsinin bu maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;

ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Bəs qanun nə deyir: Əmi qardaşı qızı ilə evlənə bilərmi?

Hüquqşunas Asif Abdullayev AzVision.az-a bildirib ki, belə yaxın qohum olan şəxslərin nikahına hüquqi cəhətdən heç bir məhdudiyyət yoxdur.

“Ailə Məcəlləsində bu münasibətlər tənzimlənir. Valideynlərlə uşaq arasında, baba ilə nəvə arasında, doğma-ögey qardaş bacılar arasında nikah qanunla qadağandır. Onların nikahı qeydiyyata alınsa da, etibarsız olur. Amma əminin qardaşı qızı ilə evliliyinə qanunvericilik məhdudiyyət qoymur. Bunlar mənəvi qaydalarla tənzimlənir”.

Qeyd edək ki, Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub. Kişinin həyat yoldaşının verdiyi məlumata görə, onların əvvəldən münasibətləri olub. Həsən Səfərova qoşulub qaçan qız evli olub və iki uşağı var.

Həmçinin oxuyun

Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi – Video

Bu gün dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi …

Bir cavab yazın