Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Media / Əməkdar jurnalistdən Baş Prokurorluğun qərarına etiraz: “İnzibati metodlarla olmaz…”

Əməkdar jurnalistdən Baş Prokurorluğun qərarına etiraz: “İnzibati metodlarla olmaz…”

Bu gün Mətbuat Şurasında media nümayəndələri ilə görüş keçirilib.

Bakupost.az xəbər verir ki, görüşdə sosial şəbəkələrdə orduya qarşı yanlış rəyin formalaşması məsələsi müzakirə edilib.

Müzakirələrdə çıxış edən “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu yanlış informasiya yayanların həbs olunmasının əleyhinə olduğunu vurğulayıb:

“Azərbaycan mediasının üzərinə çox böyük missiya düşür. Kənardan hər-hansı bir yolla Azərbaycana istiqamətlənmiş dezinformasiyanın qarşısı alınmalıdır. Bunu biz etməliyik. Sədd çəkərək, kimisə tutaraq, adamı cəzalandıraraq yox! Fəaliyyətimizi yeniləyərək, eynilə müharibə dövründəki kimi etməliyik. Bizim savaşımız hələ də davam edir. Azərbaycana qarşı informasiya müharibəsi hazırda ən müxtəlif platformalarda, xüsusən də rusdilli informasiya məkanında daha kəskin forma alıb.

Düşünürəm ki, Vətənə xəyanət məsələsi yoxdursa, inzibati metodların əleyhinəyəm. Biz xidməti qaydada bunları yazaraq, sənədləşdirərək, öz aramızda müzakirə edərək, Müdafiə Nazirliyinə, ölkə rəhbərliyinə məlumat verməliyik.

Həmkarlarımızın, bəzən nadinc, sözəbaxan olmasalar belə, cəzalandırılmasının qəti əleyhinəyəm”.

Həmçinin oxuyun

“Yeni yol çəkiblər, təklif edirlər ki, bu yolda yalnız “Ferrari” sürmək olar”

“Aztelekom” və “Baktelecom”un yeni qiymət siyasəti: yeni yol çəkiblər, amma təklif edirlər ki, bu yolda …