Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yalanı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yalanı

“Ötən il Azərbaycanda 29 min nəfər işlə təmin olunub”, – bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib.
Bundan başqa, peşəkar hazırlıq kurslarına 4147 nəfər cəlb olunub.
Məlumata görə, 1626 nəfər isə ödənişli ictimai işlərə cəlb olunub, 4117 nəfər müvəqqəti işə istiqamətləndirilib.
114 min 569 nəfərin isə işlə bağlı konsultasiyalardan keçdiyi qeyd olunur. Lakin ictimaiyyətdə 2015-ci il kütləvi ixtisarlar və işdənçıxarmalar ili kimi yadda qaldı.
Kütləvi ixtisarlar şəraitində hökumət 29 min iş yerini necə yarada bildi?
Cavab əldə etmək üçün ƏƏSMN-nin mətbuat xidməti ilə əlaqə yaratmaq istədik. Amma həmişəki kimi, əlaqə cəhdlərimiz boşa çıxdı.skachanny-e-fajly-1-70
“Ötən il kütləvi qovulmalar olub və 29 min iş yerinin yaradılması həqiqətə uyğun deyil”, – bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib.
“Deməli, 29 min nəfərin işlə təmin olunması barədə məlumat doğru deyil?”, – deyə əməkdaşımız soruşub.
“Yox, niyə ki? Əvvəl şadlıq evləri, restoran və iaşə obyektlərinin sahibləri əmək müqaviləsi olmadan işləyirdi. Amma indi onların çoxu ilə əmək müqaviləsi bağlanıb. Beləcə də 29 min iş yeri yaradılıb”, – deyə Mirvari Qəhrəmanlı qeyd etdi.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın