Ana səhifə / Media / Əliməmməd Nuriyev: “Məhkumlara skaypla danışmaq icazəsi verilsin”

Əliməmməd Nuriyev: “Məhkumlara skaypla danışmaq icazəsi verilsin”

“Təklif edirəm, məhkumlara şərait yaradılsın ki, qohumları ilə skayp vasitəsilə əlaqə saxlasınlar”.

Virtualaz.org saytı xəbər verir ki, bu təkliflə Ədliyyə Nazirliyi yanında penitensiar xidmətə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.

O vurğulayıb ki, qohumları əyalətlərdə yaşayan məhkumlar onlarla tez-tez görüşməkdə çətinlik çəkir: “Təklif edirəm ki, məhkumlara skayp vasitəsilə əlaqə saxlamaq imkanı yaradılsın ki, əyalətdə, məsələn, Daşkəsən kimi nisbətən uzaq yerdə yaşayan məhkum ailələrinin işi asanlaşsın. Bu da məhkumun həbs şəraitindən asılı olaraq müəyyən olunsun”.

Ə.Nuriyev İctimai Komitənin saytının bərpa olunmasını da vacib saydığını deyib: “Əvvəllər bizim saytımız olub, amma indi maliyyə resursları olmadığından sayt fəaliyyət göstərmir. QHT-lərə Dövlət Dəstəyi Şurasına təklif edirəm ki, bu işdə bizə dəstək olsun”.

Ədliyyə Nazirliyi yanında tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət İctimai Komitənin idarə rəisi Faiq Qurbanov isə komitənin fəaliyyəti haqda danışıb. O, komtənin səlahiyyət müddətinin iyunun 12-də başa çatdığını bildirib. Faiq Qurbanov əlavə edib ki, ötən dövr ərzində QHT və KİV nümayəndələri ilə birlikdə 315-dən artıq cəzaçəkmə müəssisəsinə baş çəkib.

Eyni zamanda fəaliyyətinin ilk illərində monitorinqə daha çox üstünlük verən İctimai Komitə son illər penitensiar sistemin və infrastrukturunu müasirləşdirilməsini, məhkumların saxlanma şəraitinin, tibbi və digər təminatların yaxşılaşdırılmasını müşahidə edib və 1600-ə yaxıb məhkuma hüquqi yardım göstərib.

Bundan başqa komitə üzvləri nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutunun tətbiqi ilə bağlı işə cəlb olunub və bu məqsədlə məhkumların ailə üzvləri ilə birlikdə cəzaçəkmə müəssisələrinə 170-dən artıq səfər edib.

 

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın