Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Media / Əlilliyin təyin edilməsi asanlaşdı

Əlilliyin təyin edilməsi asanlaşdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsinə dair artıq heç bir autenfikasiya vasitəsinə ehtiyac olmadan, daha rahat və asan formada e-məlumat əldə edə bilmələrinə şərait yaradılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Fins.-az-a verilən məlumata görə, ötən ay “Elektron hökumət” portalı üzərindən əhalinin istifadəsinə verilən “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti istifadəçiyə həmin Komissiyalar tərəfindən aparılmış müayinənin nəticəsi barədə məlumat verməyə xidmət edir. Burada aidiyyəti məlumatlarla tanış olmaq, həmçinin müvafiq çıxarışların bundan öncə kimlər tərəfindən və hansı tarixdə yoxlanılması barədə məlumatlar əldə etmək də mümkündür.
Lakin bu e-xidmətdən faydalanmaq üçün istifadəçinin ilk növbədə müvafiq autenfikasiya vasitəsinə malik olması tələb olunur. Hazırda bir çox şəxslərin belə autenfikasiya vasitəsinə malik olmadıqları nəzərə alınaraq, vətəndaşların portalda qeydiyyatdan keçmədən də, sadələşdirilmiş qaydada qeyd olunan məlumatı əldə edə bilmələrinə texniki imkan yaradılıb. Bunun üçün artıq istifadəçinin portalda autenfikasiyadan keçməsinə ehtiyac yoxdur.
Belə ki, əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən şəxs “Elektron hökumət” portalına daxil olaraq ƏƏSMN-nin e-xidmətləri sırasından “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidməti seçir. Müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixlərini qeyd etməklə kifayətlənir. Bundan sonra isə keçirilmiş sonuncu müayinənin nəticəsi və növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əgər əlillik müddətsiz təyin edilibsə o zaman onun müddətsiz olması) ilə bağlı məlumat əldə edə bilər

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın