Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Manşet / ƏLİ İNSANOVUN JURNALİSTLƏRƏ BƏSLƏDİYİ ANTİPATİYA DAHA DA ŞİDDƏTLƏNİB – BİR MÜSAHİBƏNİN İZİ İLƏ…

ƏLİ İNSANOVUN JURNALİSTLƏRƏ BƏSLƏDİYİ ANTİPATİYA DAHA DA ŞİDDƏTLƏNİB – BİR MÜSAHİBƏNİN İZİ İLƏ…

Əli İnsanovun BBC-yə verdiyi müsahibəyə baxdım. Adamda elementar siaysətçi, sabiq məmur etikasından əsər əlamət yoxdur. Az qalır ki, müsahibəni götürən Səadət Akifqızının basıb gözünü çıxara. Sanki tərəf müqabili, oponenti ilə söhbət edirmiş kimi davranış nümayiş etdirir.

Hətta jurnalisti bir neçə dəfə təhqir edtməkdən belə çəkinmədi. 20 dəqiqə ərzində xanım jurnalistə nələr demədi? Jurnalistin ona verdiyi sual xoşuna gəlmədiyi üçün , qəribə analogiya apardı. Nə desə yaxşıdı? Bildirdi ki, “Fransa burjua inqlabı zamanı sizin kimi düşünən xanımları edam edirdilər”.

Sonra jurnalisti hakimiyyətin kursunu dəstəkləməkdə ittiham etdi, açıq dedi ki, hakimiyyətə işləyirsən. Səadət Akifqızı təcrübəli jurnalistdi, onun Əli İnsanovun qarşısında bu şəkildə susamasına, sabiq naziri ədəbə-ərkana dəvət edə bilməməsinə təəccüb etdim.

Allaha and olsun , həmin müsahibəyə yaxşı baxsanız Əli İnsanovun vaxtilə ANS-in xanım jurnalistini təhqir etdiyinə şükür edərsiniz. Bu adam həbsxanada qaldığı illər ərzində daha da kobudlaşıb və qəddarlaşıb. Əli İnsanovun bahalı vilasında, dəyərli 10 minlərlə ölçülən mebelində oturub ifrat kasıbçılıqdan, əhalinin çörəyə möhtac olmasından danışması isə çox əndirabadi göründü.

Bir sözlə, həmin müsahibəni psixoloqlara göstərsələr, adamın ciddi probleminin olduğuna dair rəy verərlər. Buna adım kimi əminəm. Belə adamın əlinə balaca səlahiyyət keçsə, Hitler yalan olar. Onun siyasətə gəlişi, ətrafına tərəfdar toplamaq cəhdi insanlıq üçün faciə ola bilər. Kim mənimlə razılaşmaq istəmirsə, tapıb həmin müsahibəni yaxşı-yaxşı izləsin…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi – Video

Bu gün dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi …