Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Media / Əli Həsənovun binası Nəşriyyatın balansına veriləcək

Əli Həsənovun binası Nəşriyyatın balansına veriləcək

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətində olan Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) yerləşidiyi binanın boşaldıldığı barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, Əli Həsənov vəzifədən azad edildikdən sonra BMM fəaliyyətini dayandırıb. 

Bununla yanaşı həmin binada yerləşən və Əli Həsənova aid olan təsisatlar fəaliyyətsiz qalıb. İndi həmin bina keçmiş köməkçinin nəzarətindən çıxarılır. Artıq binanın boşaldılmasına başlanılıb.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, bina “Azərbaycan” Nəşriyyatının balansına verilə bilər. Həmin bina onsuz da sözügedən qurumun ərazisində inşa edilib. Bu faktı “Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərov da təsdiqləyib. 

O, bir müddət əvvəl mediaya açıqlamasında deyib ki, o vaxt nəşriyyatın ərazisində Əli Həsənova yer ayrılıb. “O vaxtı dövlət tərəfindən elə məsələhət oldu ki, nəşriyyatın ərazisində Əli Həsənova yer verilsin. Əli Həsənov həmin ərazidə mətbuat evi tikib. Onu Əli Həsənova mən verməmişəm, dövlət tərəfindən verilib. Axı mən kiməm ki, Əli Həsənova ərazi verim? Ora mənim dədəmin, babamın yeri deyil. Bu məsələnin mənə heç bir bağlılığı yoxdur”, – deyə o qeyd edib.

İndi binanın yenidən “Azərbaycan” Nəştiyyatının balansına veriləcəyi tamamilə məntiqli görünür.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …