Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Əli Həsənov evi yanan köçkünləri qəbul edib – FOTOLAR

Əli Həsənov evi yanan köçkünləri qəbul edib – FOTOLAR

Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1 ünvanında, yerləşən ötən gün yanğın baş verən yataqxanada məskunlaşan məcburi köçkünlər
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəbulunda olublar.

Sakinlər musavat.com-a bildiriblər ki, Ə.Həsənov onları qəbul edərək, yanğın nəticəsində dəymiş zərərin qarşılanması üçün müvafiq tapşırıqlar verib. Belə ki, Ə.Həsənovun göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin, Yasamal rayon İcra Hakimiyyətinin və zərərçəkən sakinlərin nümayəndələrinin iştirakı ilə xüsusi komissiya yaradılıb. Komissiya bu gündən etibarən dəymiş zərərin hesablanması istiqamətində işə başlayacaq. Köçkünlərə bina təmir olunana qədər kirayə mənzildə yaşamaları üçün 200 manat vəsait də təklif olunub.

Qeyd edək ki, ötən gün Bakının Yasamal rayonunda yerləşən məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın olub. Yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edib. Binanın bir bloku tamamilə yanıb. Hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub.

 

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın