Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Ələt-Astara avtomobil yolunda avtomobillərin hərəkəti bərpa olunub

Ələt-Astara avtomobil yolunda avtomobillərin hərəkəti bərpa olunub

Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Alar kəndindən keçən hissəsində avtomobillərin hərəkəti bu gün səhər saat 5-ə yaxın bərpa olunub.

Bu barədə məlumatı virtualaz.org saytının Şirvan bürosuna Alar kəndinin sakinləri bildiriblər. Artıq kəndin bir hissəsini basmış su da çəkilməyə başlayıb.

Bu gün kəndə dəymiş ziyanın müəyyən edilməsi üçün Cəlilabad rayon Fövqaladə Hallar Komissiyasının baxış keçirəcəyi gözlənilir.

Xatırladaq ki, ötən gün aramsız yağışlar nəticəsində Cəlilabad rayonundakı Cəfərxanlı gölünün bəndinin dağılması nəticəsində Ələt-Astara avtomobil yolunun 127-ci km-də, Alar kəndindən keçən hissədə yerləşən körpü kəndin selin təsirinə məruz qalmaması üçün uçurulmuşdu. Nəticədə, yolda avtomobillərin hərəkəti dayanmış, avtomobillər alternativ yoldan istifadə etməyə başlamışdılar.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın