Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Əhməd İsmayılov Prezident İlham Əliyevin 2020-cı il aprelin 4-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsinə təyin olunmuşdu.