Ana səhifə / Media / Əhliman Əmiraslanov: “Keyfiyyətsiz siqaretlər bazara axın edir”

Əhliman Əmiraslanov: “Keyfiyyətsiz siqaretlər bazara axın edir”

“Azərbaycanda keyfiyyətsiz siqaretlər bazara axın edir və ölkədə siqaretə meylliliyin çoxalması fonunda bu, ciddi təhlükədir”.

APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda dəyirmi masada deyib. O bildirib ki, Azərbaycanda siqaret çəkənlərin sayı digər keçmiş sovet ölkələrindəki göstəriclərlə eynidir: “Qadağalar qoysaq da, siqaret çəkənlərin, tütündən istifadə edənlərin qarşısını tam almaq mümkün olmayacaq. Təəssüf ki, siqaret istehsal edən böyük şirkətlər siqaret satışını məhdudlaşdırmaq istəyən ölkə olanda öz məhsullarını inkişaf etməkdə olan digər ölkələrə göndərirlər. Eyni markadan olan siqaretlərin başqa ölkələrdəki keyfiyyətinə baxanda keyfiyyət heç də eyni olmur. Yəni, keyfiyyətsiz siqaretlər bazara axın edir. Bəzi layt siqaretlərin üzərində nikotinin az olması barədə məlumatın yazılması ona qarşı mübarizəyə problem yaradır. Nə layt, nə də layt olmayan siqaretlərin insan orqanizminə ziyansız olması barədə verilən məlumatlar absurddur”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın