Ana səhifə / Media / “Əhalinin sıx toplandığı yerlərdən uzaq durmaq lazımdır”

“Əhalinin sıx toplandığı yerlərdən uzaq durmaq lazımdır”

Payız aylarında mövsümi xəstəliklər baş qaldırır, buna görə də, əhali qabaqlayıcı tədbirlər görməlidir.

Virtualaz.org saytı xəbər verir ki, bunu Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva bu gün keçirilən tədbirdə bildirib. R.Əliyeva deyib ki, payızda xüsusilə kəskin respirator infeksiyalar və qrip xəstəliyi müşahidə olunur.

“Risk qrupuna əsasən 65 yaşdan yuxarı olanlar, 1 yaşdan kiçik uşaqlar, hamilələr, xroniki xəstəliyi olanlar, şəkərli diabeti olan xəstələr daxildir. Yəni bu insanların yoluxma riski digərlərindən çoxdur. Buna görə də, fəsil dəyişəndə immun sisteminin gücləndirilməsinə çalışmaq lazımdır. Məsələn, açıq havada gəzmək məsləhət görülür, təmiz hava bədənin xəstəliklə mübarizə gücünü artırır”, – baş terapevt əlavə edib.

Tədbirdə o da deyilib ki, qrip və ya infeksiyaya yoluxanlar müalicəni antibiotiklə başlamamalıdır. Əvvəlcə bol maye qəbul etmək, mürəbbəli çay içmək lazımdır. Hərarət olduğu halda hərarət salan dərmanlar istifadə etmək olar: “Əhalinin sıx toplandığı yerlərdən uzaq durmaq lazımdır. Geyimlər mövsümə uyğun olaraq seçilməlidir. Tərkibində vitaminlər çox olan qidaları qəbul etmək mütləqdir. Məsələn, sarımsaq və zoğaldan çox istifadə etmək xəstəliklərlə mübarizədə yaxşı təsir edir”, – R.Əliyeva söyləyib.

Səhiyyə Nazirliyinin baş terapevti Yaqub Qurbanov isə deyib ki, hər bir xəstəyə fərdi yanaşmaq lazımdır. “Fəsil dəyişəndə orqanizmdə dəyişikliklər baş qaldırır. Ətraf mühit də orqanizmə təsir edir. Abşeron yarımadasında atmosfer təzyiqi gündə 7-8 dəfə dəyişir. Orqanizm də buna uyğun öz fəaliyyətini dəyişməyə başlayır. Məsələn, ürək fəaliyyətini 7-8 dəfə dəyişir, mədə buna uyğunlaşır. Bəzən atmosfer təzyiqinin dəyişməsi nəticəsində bağırsaqlarda qaz artır, nəticədə ağciyər sıxılır və təngnəfəslik yaranır. Əhali bilməlidir ki, belə hal xəstəlik deyil. Bu, orqanizmin zəifliyi və müqavimət göstərə bilməməsidir”, – ölkənin baş mütəxəssisi deyib.

Y.Qurbanov onu da qeyd edib ki, infarkt, insult keçirən insanların yaşadıqları yerdən uzağa getməsi məsləhət deyil. Çünki o zaman təzyiq qəflətən yüksələ və təhlükə yarana bilər. “Alimlərin apardığı tədqiqatlara görə, yol qəzalarının əksəriyyəti havanın həddən artıq isti və ya soyuq vaxtı qeydə alınır. Temperatur azalanda və çoxalanda bütün orqanların funksiyaları dəyişir. Əksinə yağışlı-dumanlı havada belə hallar daha az qeydə alınır.

 

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın