Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Media / Əhəd Abıyev jurnalistləri təhqir etdi: “Erməni əsilli məxluqlar…”

Əhəd Abıyev jurnalistləri təhqir etdi: “Erməni əsilli məxluqlar…”

Xəbər verdiyimiz kimi, redaksiyamıza Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin böyük biznes şəbəkəsi barədə məlumat daxil olub.


Demokrat.az xəbər portalı olaraq, məsələ ilə bağlı mövqe öyrənmək üçün Daşkəsən rayon İcra Hakimiyyətinə “KİV haqqında Qanun”un tələblərinə uyğun informasiya sorğusu göndərsək də, sorğumuza mahiyyəti üzrə cavab verilməyib. Əksinə, Daşkəsən rayon İcra Hakimiyyəti saytımız da daxil olmaqla bütövlükdə mediaya təhdid və təhqir dolu müraciət göndərib. İcra Hakimiyyətinin həmin müraciətini olduğu kimi təqdim edirik:


“Demokrat.az saytında və həmin sayta istinadən bəzi saytlarda yayımlanmış “Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı – Şok siyahı” başlıqlı əsassız, uydurulmuş yazıya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşıdılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə tərəfimizdən müraciət edilmişdir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir.


Erməni əsilli məxluqlar müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə bilərəkdən məkrli niyətlə yazılan yalan və böhtan xarakterli məlumatlarla Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin dövlət xadimi, siyasi rəhbər kimi işgüzar nüfuzunu ləkələməyə çalışırlar.  Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu xəbərlər tamamilə yalandır, uydurma və şayiədir.


Kütləvi informasiya vasitələri ilə Baş Prokuror hörmətli Kamran Əliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hörmətli Əli Nağıyevdən və Daxili İşlər Naziri hörmətli Vilayət Eyvazovdan xahiş edirik ki, bu qarayaxma kampaniyasına hüquqi qiymət verilsin, bilərəkdən yalan məlumat yayan saytlar barəsində təcili qanunamüvafiq tədbir görülsün, təhqir və böhtan xarakterli məlumatlar yayanlar məsuliyyətə cəlb edilsin”.

Həmçinin oxuyun

Almaniyanın məşhur kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. …