Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Media / Əflatun Amaşova yeni vəzifə – Açıqlama

Əflatun Amaşova yeni vəzifə – Açıqlama

Mətbuat Şurasının sədri Əflatun Amaşova yeni vəzifə verilməsi ilə bağlı xəbərlər yayılıb.

Onun “Xalq qəzeti”nin Baş redaktoru təyin olunduğu bildirilir.
Məlumata görə, o, yaxın günlərdə – Jurnalistlərin VIII Qurultayından sonra kollektivə təqdim olunacaq.

Məsələ ilə bağlı Ə. Amaşov Bakupost.az -a bildirib ki, hazırda qurultaya hazırlıq işləri ilə məşğuldur: “Mənə bu barədə çoxlu zənglər olur. Ancaq bu məsələdən xəbərim yoxdur. Ola bilsin ki, şayiədir. Hazırda qurultaya hazırlaşıram”.

Qeyd edək ki, bu gün “Xalq qəzeti”nin baş redakoru Həsən Həsənov vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir, amma…

Jurnalistlər Sənan Həsənoğlu və İlqar Atabəylinin istintaqı yekunlaşıb, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. …