Şənbə , Noyabr 28 2020
Ana səhifə / Media / Əflatun Amaşov və Umud Rəhimoğlu Aydın Quliyevin 60 illiyini Mətbuat Şurasının adından təbrik etdilər… – FOTO

Əflatun Amaşov və Umud Rəhimoğlu Aydın Quliyevin 60 illiyini Mətbuat Şurasının adından təbrik etdilər… – FOTO

Azərbaycan Mətbuat Şurası (MŞ) “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevi Azərbaycanda media sahəsindəki xidmətlərinə, uzunmüddətli səmərəli fəaliyyətinə və 60 illik yubileyinə görə diplomla təltif edib.

İyulun 23-də Mətbuat Şurasının sədri Əflatun Amaşov və MŞ sədrinin müavini Umud Rəhimoğlu Aydın Quliyevi 60 illiyi münasibətilə təbrik etmək və diplomunu təqdim etmək üçün redaksiyamızın qonağı oldular.

Ə.Amaşov və U.Rəhimoğlu A.Quliyevi təbrik edərək ona media sahəsində yeni uğurlar və can sağlığı arzuladılar. A.Quliyev də, öz növbəsində, mükafata və təbrikə görə Ə.Amaşova və U.Rəhimoğluna təşəkkürünü bildirdi.

İradə SARIYEVA

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …