Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Media / Əflatun Amaşov Fuad Abbasovun saxlanılmasına münasibət bildirib

Əflatun Amaşov Fuad Abbasovun saxlanılmasına münasibət bildirib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Moskvada jurnalist Fuad Abbasovun saxlanılmasına münasibət bildirib.
“Report” xəbər verir ki, Ə.Amaşov Fuad Abbasovun tanınmış jurnalist olduğunu qeyd edib.

O xatırladıb ki, tanınmış jurnalist Fuad Abbasov mayın 16-da Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb: “Onun mayın 28-də Azərbaycana deportasiya olunması gözlənilir. Məlum olduğu kimi, F.Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir. Fuad Abbasov tanınmış jurnalistdir. Özünün mövqeyində hər zaman ardıcıllığı ilə fərqlənir. Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edir. Xüsusən də jurnalist kimi Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir. Belə bir adamın bu cür vəziyyətlə üzləşməsi bizi ciddi şəkildə narahat etməkdədir”.

“Biz onun vəkili Elman Paşayevlə əlaqə saxlayırıq. Onun bildirdiyinə görə, jurnalistə qarşı fiziki təzyiq də göstərilib. Görünür, jurnalistlə bağlı müəyyən maraqlı qüvvələr var. Bu hal da narahatlıq və təəssüf doğurur. Ümumən durumu Rusiyanın jurnalist təşkilatları ilə də daim müzakirə edirik. Baxmayaraq ki, F.Abbasovun deportasiyası barədə qərar verilib, inanırıq ki, yekunda məsələ ədalətli həllini tapacaq” – deyə, MŞ-nın sədri bildirib.

Həmçinin oxuyun

“Yəqin ki, bizim də növbəmiz çatacaq” – Vahid Mustafayev

ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev Yenicag.az-ın əməkdaşının “ANS-in açılması nə qədər realdır?” …