Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Media / “Ədəbi dilin televiziya və radiolarda bərbad hala salınması adiləşib”

“Ədəbi dilin televiziya və radiolarda bərbad hala salınması adiləşib”

“Son illərdə ictimaiyyəti narahat edən başlıca məsələlərdən biri Azərbaycan ədəbi dilinin kütləvi informasiya vasitələrində, xüsusilə, televiziyalar və radiolarda, sözün birbaşa mənasında, bərbad hala salınması, az qala adiləşib”.

Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili kafedrasının müdiri Mahirə Hüseynova “Xalq qəzeti”ndə dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, dil təəssübü çəkən ziyalılarımızı narahat edən faktor təkcə həmin informasiya vasitələri üçün “sevimli və aktual olan” mövzular və onların təqdimat formaları deyil, bu mövzuları hansı şəkildə auditoriyaya çatdırılan Azərbaycan dilidir:

“Maraqlı cəhət odur ki, həmin kontingent “təvazökarcasına” danışıq dilini, xalq dilini aktuallaşdırırıq – deyərək özlərinə bəraət də qazandırdıqlarının şahidi oluruq. Əlbəttə, bütün bunlar ictimaiyyətin və müvafiq qurumların fəal müqaviməti fonunda baş verənlərdir”. Report

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …