Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / “ƏƏSMN qanunun icrasına nəzarət etməlidir”

“ƏƏSMN qanunun icrasına nəzarət etməlidir”

Şənbə və bazar günü Bakıda və Abşeronda quru və isti hava şəraiti davam edəcək. Gündüz cənub-qərb küləyi əsəcək,havanın temperaturu +39 +40 dərəcə təşkil edəcək. Nisbi rütubətlilik gecə 70-80%, gündüz isə 25-35% təşkil edəcək. Sinoptiklər bu hava şəraitinin ayın 23-nə qədər davam edəcəyi barədə xəbərdarlıq edir. Aran rayonlarında və Naxçıvanda temperatuBez-nazvaniya-28r 42 dərəcəyə çatacaq.

“Mövcud qanunvericiliyə görə, 41 dərəcədən yüksək temperatur olduğu halda, açıq havada olan işlər dayandırılmalıdır”, – deyə bunu “Şəffaflıq-Azərbaycan” Təşkilatının rəhbəri Rəna Səfərəliyeva bildirib.Onun sözlərinə görə, buna Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi nəzarət etməlidir.“İnsanları 42 dərəcə istidə işləməyə məcbur etmək olmaz. Bu, əmək hüquqlarının və nəhayət insan haqlarının pozulmasıdır”, – deyə R.Səfərəliyeva vurğulayıb. (contact.az)

Həmçinin oxuyun

Azərbaycanla bağlı qərəzli xəbər yayan “Amerikanın səsi” üzr istədi

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən …

Bir cavab yazın