Teatrlarda ixtisarlar olacaqmı? – RƏSMİ
Məlum olduğu kimi, bir müddət öncə Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və digər bir sıra vəzifələr ləğv edilib. Yeni struktur çərçivəsində teatrlarda Strategiya və kommunikasiya, Yaradıcı, eləcə də Artist heyətinin idarəedilməsi şöbələri yaradılıb.
Bəs bu vəzifələrin ləğv edilməsi hansı ehtiyacdan irəli gəldi? Vəzifələri ləğv edilən şəxslərin gələcək taleyi necə olacaq?
Onun sözlərinə görə, dövlət teatrlarında bir sıra vəzifələr ləğv edilməyib, sadəcə digər vəzifələrlə əvəz olunub:
“Bəzi yanlış fikirlər səsləndirilir ki, guya teatrlar üzrə ixtisarlar aparılıb. Xeyr, hər hansı ixtisar yoxdur. Sadəcə, bir sıra vəzifələr digər vəzifələrlə əvəz olunub. Buraya baş rejissor, baş rəssam, Bədii rəhbər və bu kimi vəzifələr daxildir. Məsələn, baş rejissorlar şöbə müdiri, quruluşçu rejissor, quruluşçu rəssam kimi vəzifələrdə fəaliyyətlərini davam etdirə bilərlər. Yəni ali ixtisas dərəcəsi hansı vakansiyaya uyğundursa, həmin şəxs çox rahat şəkildə teatrda fəaliyyətini davam etdirəcək”.
Böyükxanım Talıbova bu struktur dəyişikliyinin səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu yenilik qanunvericiliyin tələblərindən irəli gəlir və eyni zamanda layihə əsaslı idarəetmə modelinə keçidin zərurətidir:
“Yeni yanaşmaya əsasən, konkret bir tamaşa üçün konkret heyət formalaşdırılacaq və həmin heyət bir rejissorla çalışacaq. Rejissor hər tamaşa üçün kastinq əsasında yaradıcı heyət toplayıb tamaşa hazırlayırsa, bu halda baş rejissora ehtiyac qalmır”.