"Mirkamilə görə məni qınayırlar" - Mələkxanım Eyubova
"Mirkamili çox sevirik. O gün olsun yanımda əyləşəsən. Bizi də qınayırlar. Məni görüb soruşurlar: nə qədər deyim, Mirkamil gələcək. Toparlan, gəl səhnəyə, yanımızda ol".
Bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Qonaqcanlı" verilişində deyib. Muğam ifaçısı proqrama zəng edən bacısı oğlu, müğənni Mirkamil Kamilova səslənib. O bildirib ki, Mirkamilə görə onu da qınayırlar.
Mirkamil isə "Müəyyən məsələlər var, öz həllini tapsın, yeni bir şey təqdim edərik. Köhnə mövzulardan yorulmuşam" cavabını verib.
Qeyd edək ki, müğənni 2014-cü ildə ürəyindən əməliyyat olunmuşdu. Bu günlərdə isə o, ikinci dəfə ürəyindən əməliyyat olunub. (Axşam.az)