Mehriban Xanlarova: “Altı-yeddi aydır işsizəm, dostlarım məni darda qoymur”
Əməkdar artist Mehriban Xanlarova işsizlik dövründən və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qayıtmaq fikrindən danışıb.
Bu barədə sənətçi Bizim.Media-ya açıqlama verib. Aktrisa işsizlik dövründə dostlarının ona kömək etdiyini bildirib:
“Hazırda heç nə etmirəm. Hələ teatrdan heç bir səs yoxdur. Aktyor və aktrisalarımızdan maraqlananlar olur.
Hamısı yox, vaxt gələcək adlarını açıqlayacam. Yaxşı dostların canı sağ olsun, özümün qazandığım dostlarım məni darda qoymayıb. Altı-yeddi aydır işləmirəm, lakin işsizliyin fərqinə varmıram. Şükür bu günə... Teatrdan iki-üç nəfər var ki, mənimlə daim əlaqə saxlayıb, maraqlanırlar. Elə bilirlər, teatra qayıtmayacağam. Amma mən teatra qayıdacam!”.