Aybəniz Haşımovaya vəzifə verildi
Əməkdar artist Aybəniz Haşımova A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru təyin edilib.
Bu barədə müğənninin yaxınları sosial mediada məlumat yayıblar.
58 yaşlı müğənninin fevralın 6-da bu vəzifəyə təyin olunduğu, bu gün isə artıq kollektivə təqdim edildiyi bildirilir.
Qeyd edək ki, A. Haşımova, həmçinin Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.